Daşınmaz əmlakın icbari sığortası absurddur" - Ekspert

Oxunma sayı: 79
24-05-2023, 08:11

Daşınmaz əmlakın icbari sığortası absurddur" - Ekspert
“Şəxsin öz daşnmaz və daşınan əmlakını sığorta edib-etməməsi onun şəxsi işi olmalıdır. Bizdə isə bunu da icbari ediblər. Əlbəttə, başqa ölkələrin də adını tapıb deyə bilərlər ki, filan ölkədə də belədir. Bütün hallarda bu, Konstitusiyada əks olunmuş mülkiyyət hüququnun pozulmasıdır. Burda maraqlı tərəf sığorta şirkətləridir".

Arasdırma.info xəbər verir ki,bunu Bakupost.az -a açıqlamasında Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri, hüquqşünas Sahib Məmmədov deyib.
O qeyd edib ki, qiyməti bir milyon olan daşınmaz əmlakın (məsələn, yaşayış evinin) sığortası ilə uçuq daxmanın sığorta qiyməti eynidir:
"Sığorta hadisəsi zamanı ödəniş də eynidir. Bu, sadəcə absurddur və yalnız pul qazanmaq üçündür. Bəziləri deyir ki, əmlak sığorta olunmayanda dövlət sığortaçı qismində çıxış etməyə məcbur olu . Onsuz da gələcəkdə də belə olacaq. Niyə? Əvvəla, böyük dağıntılar zamanı onsuz da sığorta şirkəti bütün xərcləri qarşılaya bilməyəcək. Hətta dünyanın ən güclü sığorta şirkətləri zəlzələ, sunami və s. böyük təbii fəlakətlər nəticəsində baş vermiş dağıtıların əvəzini ödəyə bilmir. İkincisi, Azərbaycanda az qala əmlakın 50 faizi dövlət reyestrində daşınmaz əmlak kimi qeydə alınmayıb”.
S.Məmmədovun sözlərinə görə, xüsusən rayonlarda yaşayış və kiçik qeyri-yaşayış sahələri var ki, rəsmən dövlət reyestrində əmlak kimi qeydə alınmayıb:
"Həmin əmlaklarla bağlı hadisə baş verəndə kim ödəniş edəcək? Sığorata şirkətləri yenə də kütləvi surətdə evlərə gəlib hədələyici elanlar yayırlar və iyunun 1-də İnzibati Xətalar Məcəlləsinin 469.1-ci maddəsinin tətbiq olunacağını bildirirlər. Bu o deməkdir ki, əgər fiziki şəxs evini icbari sığorta etdirməsə, hər 20 gündən bir cərimə olunacaq. Bu bir ilə təxminən 550 manat edir. Nə baş verəcək? Yüzminlərlə insan​ ya pul olmadığına, ya məlumatsızlığa görə evini sğıorta etdirməyəcək. İllərlə belə davam etdikdə yüz milyonlarla cərimə toplanacaq. Axırda məcbur olub cərimələri ləğv edəcəklər".
Ekspert qeyd edib ki, varlanmaq istəyən bir qrup bunu nəzərə almır:
"Hətta bəzi kateqoriya insanların sığortası dövlət hesabına həyata keçirlsə belə, yenə yüzminlərlə sığortasız əmlak olacaq. Nəhayət, ölkədəki əmlakın 50 faizi rəsmi əmlak sayılmır. Bəlkə əvvəlcə onları rəsmiləşdirəsiz? Neçə illərdi bu məsələ həllini tapmayıb və tam da tapası deyil. Çünki, qanunsuz olaraq kənd təsərrüfatı təyinatlı torpaqlarda, kommunikasiyaların üstündə və altında, magistral yolların və kəmərlərin mühafizə zonasında, meşə fonduna daxil olunan torpaqlarda bütöv şəhər və qəsəbələr salınıb. Problem budur, hörmətli qərar qəbul edənlər. Əvvəlcə bu problemi həll edin”.

Paylaş
Xəbər lentİ