Vətənə və xalqa olan sevgi xariqələr yaradır.

Oxunma sayı: 345
25-05-2023, 01:35

Vətənə və xalqa olan sevgi xariqələr yaradır.
Rauf Mehtiyev, vətən və xalq sevgisi ilə dolu, xeyriyyə işlərinə həsr edilmiş milli şəxsiyyət. Qanla, əzəmətlə, milli dəyərlərimizə və mənəviyyatımıza olan hörməti ilə gecə-gündüz vətən eşqi yaşayan bir filantrop...

Vətənimizdə elə şəxslər var ki, onların fəaliyyəti xalqa və dövlətə xidməti heç nə ilə ölçülmür.
Gecəli gündüzlü vətən eşqi, xalq və millət sevgisi ürəyində olan oğullardan biri də Rauf Mehdiyevdir.
Rauf Mehtiyev Azərbaycanın Milli Qəhrəmanı M.Rüstəmov adına 32 nömrəli məktəbi şərəflə bitirmiş və dövlət qulluğuna olan marağı onu humanitar fənlər üzrə oxumağı vadar etmişdir. Bundan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən Bakı Plan-İqtisad Texnikumunda hüquqşünaslıq üzrə kursu yüksək qiymətlərlə bitirərək mütəxəssis ixtisası almışdır. Hüquqşünas kimi bilik və bacarığını nümayiş etdirən Rauf Mehtiyev 2006-cı ildə "Beynəlxalq hüquq" ixtisası üzrə Bakalavr təhsilini uğurla başa çatdırmışdır.
Karyerasına yenicə başlayan gənc mütəxəssis öz uğur və bacarığını təsdiqləyən bir sıra yeniliklərə imza atmışdır. 2003-2005 ci illərdə 18 saylı Dövlət Seçki Komitəsinin 22 saylı Məntəqə Seçki Komissiyasında katib vəzifəsində, daha sonra 2005-2009-cu illərdə isə komissiyanın sədri vəzifəsini müvəffəqiyyətlə yerinə yetirmişdir.
2006-2007-ci illərdə Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsində çavuş rütbəsi ilə hərbi xidmətə yollanmış və Vətənin müdafiəsi uğrunda hərbi təlimlərdə özünü göstərmişdir.
2007-2019-cu illərdə Azərbaycan Dövlət İdarələri İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının Nizami rayon Komitəsində təlimatçı vəzifəsində fəaliyyət göstərərək ictimai və sosial sahədə fəal iştirakını təmin etmişdir. Eyni zamanda, 2011-ci ildən etibarən "Bizim Prezident" ictimai-siyasi jurnalında xüsusi müxbir kimi çalışması onun jurnalistika sahəsindəki bacarığını da təsdiqləyir.
Gənc fəal müxtəlif sahələrdə özünü yoxlamaq üçün bir müddət Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda hüquqşünas vəzifəsində çalışmışdır.
2020-ci ildə daimi dövlət qulluğuna qəbul edilərək Nizami rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsində baş məsləhətçisi vəzifəsinə təyin edilmişdir.
1 avqust 2020-ci il tarixində ona "Kiçik dövlət qulluqçusu" ixtisas dərəcəsi verilmiştir.
Vətənnin gənc oğlu Rauf Mehtiyev dövlət qulluğunda çalışarkən vətəndaşların müraciətlərinə məsuliyyətlə yanaşması, iş prinsipi və nümunəvi davranışı Başçı tərəfindən qiymətləndirilərək "Dövlət qulluğu haqqında" Qanunun müvafiq bəndinə əsasən Nizami rayon icra başçısının köməkçisi vəzifəsinə təyin edilməsini mümkün etmişdir.
Sonra daha bir uğura imza ataraq 1 sentyabr 2022-ci il tarixində "3-cü dərəcəli dövlət qulluqçusu" ixtisas dərəcəsi verilmişdir.
İctimai-siyasi və humanitar sahədəki fəaliyyəti ilə diqqət çəkən Rauf Mehtiyev, rayon ərazisində yaşayan müxtəlif kateqoriyalı insanlara müxtəlif səpkidə dəstək və yardım göstərməsi, eləcə də Nizami rayon İcra Hakimiyyətinin tapşırıqlarını dəqiq və qüsursuz yerinə yetirməsi, demək olar ki, bütün keçirilən tədbirlərin aparıcı siması olması ona nüfuz gətirmişdir.
44 günlük Böyük Vətən müharibəsi zamanı şəhid olan qəhrəmanlarımızın dəfn mərasimlərində, eləcə də qazilərin sosial vəziyyətinin yaxşılaşdırılması məsələlərində şəxsən iştirak edən Rauf Mehtiyev, onların ailələri ilə daim təmasda olmuş, bütün problemlərini dinləyib və dəfələrlə onlara dəstək olmuşdur. Rayon ərazisinin müxtəlif yerlərində qazi, şəhid ailələrinə xüsusi diqqət və ehtiram göstərilərək şəhidlər üçün xatirə abidəsi və bulaqların açılış mərasimləri təşkil olunmuşdur. Onun bütün ictimai-sosial fəaliyyəti rayon sakinlərinə, ümumilikdə xalqa xidmət göstərməkdir.


Bayram və tədbirlər zamanı aztəminatlı ailələrə, əlillərə və şəhid ailələrinə bayram sovqatları paylanması, onların sevinc və şəfqətli anlarını bölüşməsi və dəstək olması, sosial məsuliyyətini həmçinin də milli əxlaqi dəyərlərimizin yaşadılmasında ən yüksək səviyyədə yerinə yetirilmişdir. Təbii ki, bütün bu nümunəvi addımların atılmasında, sakinlərə diqqət və qayğı Nizami rayon İcra Hakimiyyəti başçısının da rolu az deyil. Ümumilikdə icra strukturunun fəaliyyəti yüksək səviyyədə qiymətləndirilir.

Ona təqdim edilən mükafat və təltiflər də öz işini, üzərinə düşən vəzifəni şərəflə yerinə yetirməsinin nəticəsidir.
Rauf Mehtiyev "The International Republican İnstitute" və "United States for International Development" tərəfindən təşkil olunan "Basic Political Campaigning" adlı seminarda iştirak edərək beynəlxalq sertifikatla mükafatlandırılmışdır. Yeni Azərbaycan Partiyasının tərəfindən ictimai-siyasi həyatda fəal iştirakına görə Fəxri Fərmanla təltif edilmişdir. Azərbaycan Respublikasının Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı İctimai Birliyi tərəfindən göstərdiyi diqqət və qayğıya görə mükafatlandırılaraq "Zəfər Bayrağı" media mükafatı ilə təltif edilmiş, ənənəvi və rəsmi mərasimlərdə iştirakı, eləcə də Ulu öndər Heydər Əliyevin ideyalarının həyata keçirilməsində fəal iştirakı onu xalqa və dövlətə sadiq bir insan olduğunu sübut edir.

Rauf Mehtiyev, əmək və xidməti ilə xalqın sevgi və hörmətini qazanmış, milli dəyərlərimizi və mənəviyyatımızı hər dəfədən daha da yüksəltməkdə layiq olduğu qürur verici bir şəxsiyyətdir. O, Azərbaycanın incisi və narıncısının sədaqətli nümayəndəsidir, vətən, xalq və təbliğin simvoludur.

Vətənə və xalqa olan sevgi xariqələr yaradır.

Ülviyyə Alxasova

Paylaş
Xəbər lentİ