Aytən Səfərova AZAL-dan şikayət etdi: "Hava limanında qalmışıq, qayıda bilmirik"

Oxunma sayı: 73
3-09-2023, 05:40

Aytən Səfərova AZAL-dan şikayət etdi: "Hava limanında qalmışıq, qayıda bilmirik"
İstanbula gedən aparıcı Aytən Səfərovanın hava limanında başına iş gəlib.

Arasdırma.info xəbər verir ki, aparıcı Bakıya qayıdan “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus təyyarənin uçuşa gecikdiyini bildirib.

"Bir neçə saatdır təyyarə reysindən xəbər yoxdur. Halbuki təyyarə artıq səmaya qalxmalı idi. Yüzlərlə sərnişin, böyüklü-kiçikli, əlilliyi olan, əliuşaqlılar AZAL-ın nümayəndəsindən açıqlama gözləyir" deyə, A.Səfərova paylaşımında yazıb.

O, daha sonra uçuşun iki gündən sonra gerçəkləşəcəyini bildirib:

"200 nəfər adama deyirlər ki, siz İstanbul Hava Limanında qalacaqsınız, iki gün sonra baxarıq. Bu qədər bilet pulu verilir. AZAL, öz vətəndaşınıza nə sayqısızlıqdır edirsiniz?".//axsam.az

Paylaş
Xəbər lentİ