Avtomobil dələduzlarının sayı artır - Elektromobil alanda nəyə diqqət etməli? - FOTO

Oxunma sayı: 79
6-09-2023, 08:58

Avtomobil dələduzlarının sayı artır - Elektromobil alanda nəyə diqqət etməli? - FOTO
Ölkəyə elektromobillərin ayaq açması, əhalinin bu avtomobillərə marağının artması maşın alverçilərinin dələduzluğu ilə bağlı faktları artırıb.
Arasdırma.info xəbər verir ki, ölkəyə elektromobilləri gətirən şirkətlər, eyni zamanda bu işlə pərakəndə məşğul olan alverçilər müxtəlif üsullarla alıcıları aldadır, onlardan daha çox pul qazanmaq üçün müxtəlif yollara əl atır, hətta dələduzluq etməkdən belə çəkinmirlər. Bu da istər-istəməz elektromobillərlə bağlı mənfi fikirlərin formalaşmasına səbəb olur.
Bu yaxınlarda özünə elektromobil alan Şahbaz Əliyevin qarşılaşdığı dələduzluq əməllərini təqdim etməklə təxmini mənzərəni göstərməyə çalışacağıq.

“Toyota bZ4X” model avtomobili, Ramiq Veysəlov adlı maşın alverçisindən alıb. Həmin şəxs bir aya avtomobili gətirdiyinə söz versə də, zaman 3 ayı keçib. Qiymət 36 min dollara (61 min 200 manat) razılaşdırılıb.
Pul ödənilən vaxt isə müştərini aldadaraq ondan əlavə 2000 manat alıb. Və həmin vaxtdan sonra heç bir görüşə gəlməyib. Avtomobil sənədləşdirilərkən məlum olub ki, müqavilədə bu avtomobil 52 min manat göstərilib.
Bu, belə izah edilib ki, qiyməti ucuz yazmaqla vergini az ödəmək istəyirlər.
“Bu faktı kim araşdırmaq istəsə aldığım 77-XS-565 nömrə nişanlı avtomobilin sənədləşməsinə təqdim olunan müqaviləyə və bizim aramızdakı yazışmalara baxa bilər. Təxmini 63 minə başa gələn avtomobilim, rəsmi sənədlərdə 52 min göstərilib. Onu da deyim ki, belə bir müqavilənin olmasından maşının sənədləşdirilməsi vaxtı xəbər tutmuşam. Özləri müqavilə hazırlayıb, özləri imzalayıb, qoyublar sənədlərin arasına. Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına da müraciət edəcəyəm”.

Ramiq Veysəlovun dələduzluq əməlləri bununla bitməyib. Məlum olub ki, elektromobilin şarj aparatı oğurlanaraq, yerinə heç bir işə yaramayan aparat qoyulub. Avtomobilin üzərində gələn şarj aparatını almaq isə 650 manata başa gəlib.
Onu da bildirək ki, elektromobillərin satışı ilə məşğul olan şəxslər onlara avtomobilin dövlət qeydiyyatına alınması, texniki pasport və dövlət nömrə nişanına digər avtomobillərə nisbətən baha olduğunu deyirlər. Bunun üçün müştərilərdən 700-1000 manat əlavə pul alırlar.
Beləliklə, dələduzların daha çox qazanmaq ehtirası bu sahəyə ciddi ziyan vurur. Dövlət bu istiqamətdə təşviqat işləri aparır, rüsumları ləğv edir, amma bir neçə şirkət və avtomobil dəlalları bu işlərə ciddi mane olmağa çalışırlar.//bakupost

Avtomobil dələduzlarının sayı artır - Elektromobil alanda nəyə diqqət etməli? - FOTO
Avtomobil dələduzlarının sayı artır - Elektromobil alanda nəyə diqqət etməli? - FOTO

Paylaş
Xəbər lentİ