Pullu yoldan istifadə necə olacaq? - VİDEO

Oxunma sayı: 65
9-09-2023, 07:23

Pullu yoldan istifadə necə olacaq? - VİDEO
Bakı – Quba - Rusiya ilə dövlət sərhədi yeni avtomobil yolunda sürət həddi eyni, ödənişin həcmi isə fərqli olacaq.
Tariflər avtomobilin qət etdiyi məsafəyə görə hesablanacaq.
Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, adıçəkilən yol əvvəlkindən daha qısa, sürətli və rahat olacaq.
Yoldan istifadəyə görə ödəniş Tarif Şurası tərəfindən müəyyənləşdiriləcək. Minik və yük avtomobilləri üçün tariflər müxtəlif olacaq.
Xüsusi radar-tərəzilər vasitəsilə əvvəlcədən yük avtomobillərinin parametrləri - çəkisi, normadan artıq yüklənib - yüklənmədiyi müəyyən ediləcək və sistemə ötürüləcək. Nəticələrdən asılı olaraq həmin nəqliyyat vasitələrinin ödənişli yola buraxılıb - buraxılmayacağı müəyyən ediləcək.
Arasdırma.info Xezerxeber.az-a istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Paylaş
Xəbər lentİ