“Baxmayaraq ki, skuterlərin iştirakı ilə qəzaların sayı artır, amma düşünürəm ki, onların yollarda hərəkətinə hər hansı məhdudiyyət qoyulmamalıdır”.
Bu sözləri nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov son dövrlər skuter və elektrosomakatlardan istifadənin artması və onların iştirakı ilə baş verən qəzalar haqqında danışarkən deyib.
Ekspert deyib ki, bu cür qəzaların qarşısını almaq üçün müəyyən qaydalar tərtib və tətbiq edilməlidir:
"Elementar qaydalar var ki, bunu hər kəs bilməlidir. Skuter sürən vətəndaşın yaşı 16 dan az olmamalıdır. Əgər həmin şəxsin yaşı 16 dan azdırsa, skuteri avtomobil yolunda sürə bilməz. Yaşı 16 və 16 dan çox olan skuter və elektrosomakat sürücüləri bu fərdi mobillik vasitəsini və yaxud mexaniki nəqliyyat vasitəsini avtomobil yolunda sürürsə, bu zaman həmin skuterlərin və ya elektrosomakatların önündə və arxasında işığı olmalı, şəxsin başında da dəbilqəsi olmalıdır”.
Qeyd edək ki, bir neçə müddət əvvəl Fransa hökuməti Paris yollarında skuterlərdən istifadəni qadağan edib. Ümumiyyətlə son dövrlərdə bütün dünyada bu nəqliyyat vasitələrinin iştirakı ilə baş verən qəzaların sayı artıb.~~valyuta
Baş redaktor: Çingiz Qurbanoğlu
(+99455) 430-99-70