Qüdyalçay üzərində yeni körpünün inşasına start verilib - VİDEO

Oxunma sayı: 90
30-09-2023, 23:14

Qüdyalçay üzərində yeni körpünün inşasına start verilib - VİDEO
Sentyabrın 15-də intensiv yağıntılar nəticəsində yaranmış güclü sel sularının uçurduğu Respublika əhəmiyyətli Gəndob-Xaçmaz-Yalama-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 27-ci km-də, Qüdyalçay üzərində yerləşən avtomobil körpüsünün söküntüsü və ətraf ərazinin təmizlənməsi işləri yekunlaşdırılaraq yeni körpünün inşasına start verilib.


Qeyd edək ki, hadisə baş verəndən dərhal sonra əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları cəlb olunaraq, ərazidə əlavə təhlükəsizlik tədbirləri görülüb.

Arasdırma.info xəbər verir ki, agentliyin rəhbərliyi və aidiyyəti qurumların əməkdaşları tərəfindən təbii fəlakət nəticəsində çökmüş körpüyə baxış keçirilib və yerində yeni avtomobil körpüsünün inşası qərara alınıb. Bununla əlaqədar olaraq əraziyə xüsusi texnikalar cəlb edilərək işlərə başlanılıb.

İnşasına başlanılan sözügedən körpünün kənar dayaqlarının svay işləri yekunlaşıb, hazırda orta dayaqların svay işləri üçün hazırlıq və kənar dayaqların tikintisi üçün qəliblərin quraşdırılması işləri aparılır.

Xatırladaq ki, sürücülər müvəqqəti alternativ yol kimi Xaçmaz rayonu, Qımılqışlaq kəndi ərazisindən keçən yoldan istifadə edə bilərlər. Sözügedən yol boyunca hərəkətlə əlaqədar əlavə təhlükəsizlik tədbirləri görülüb. Alternativ yolun Xaçmaz və Xudat istiqamətdən girişinə məlumatlandırıcı nişanlar quraşdırılıb.

Paylaş
Xəbər lentİ