Azərbaycanın bürcü nədir? – Zirəddin açıqladı

Oxunma sayı: 67
19-10-2023, 22:10

Azərbaycanın bürcü nədir? – Zirəddin açıqladı
Tarixi qələbə ilə bitən Vətən müharibəsinin simvollarından biri də 44 rəqəmidir. Adətən numerologiyada rəqəmlər belə hesablanır: 44 – 4+4=8, 8+8=16, 1+6=7.



Son alınan rəqəm 7-dir. 7 müqəddəs rəqəm hesab olunur.



Bəs numerologiyada 44 rəqəmi haqda nə deyilir?



Arasdırma.info xəbər verir ki, mövzu ilə bağlı Globalinfo.az-a danışan Rusiyada yaşayan azərbaycanlı klinik psixoloq, tanınmış ekstrasens Zirəddin Rzayev deyib ki, qoşa rəqəmlərdə enerji və güc var.



Onun sözlərinə görə, 44 rəqəmi qeyri-adi gücə malikdir:

“44 günlük Vətən müharibəsində ölkəmizin qalib gəlməsi bir daha onu göstərir ki, həmin rəqəm doğrudan da Azərbaycan üçün uğurludur. 44 rəqəminin hesablanması 7 rəqəmini ortaya çıxarır.



Səhv etmirəmsə, qədim misirlilər, fironlar da 7 rəqəminin uğurlu olduğuna inanıblar. Həm də 7 göy, 7 yer, 7 cənnət deyirik”.



Ekstrasens deyib ki, hər bir regionun, dövlətin, özünəməxsus bürcü var:



“Azərbaycanın bürcü əqrəb bürcüdür. Mən də əqrəb bürcü altında dünyaya gəlmişəm. Bəzən özümdə olan bu hissləri, gücü Azərbaycanla əlaqələndirirəm”.//sfera

Paylaş
Xəbər lentİ