11 il qazanxanada yaşadı, SONRA İSƏ...

Oxunma sayı: 48
24-10-2023, 09:33

11 il qazanxanada yaşadı, SONRA İSƏ...
63 yaşlı Mirvari Kərimova 11 il qazanxanada yaşayıb, sonra isə oradan çıxarılıb.

Xezerxeber.az xəbər verir ki, 1 ildən çoxdur ki , O küçədə yaşayır.

63 yaşlı Mirvari Kərimova bu yaşında isti ocağında, sevdiklərinin əhatəsində yaşamalı olsa da, ömrünü küçədə keçirmək məcburiyəttində qalıb. Onun çörəyi də elə çörəkdən çıxır. Xadimə işləyən qadın boş vaxtlarında köhnə çörəkləri yığıraq heyvan sahiblərinə satır.

Mirvari Kərimova deyir ki, 11 il qazanxanada yaşayıb. Təhlükəli olduğu üçün sonra onu oradan çıxardıblar. O da 1 ildən artıqdır ki, elə həmin məntəqənin qarşısında, küçədə məskən salıb.

Onun sözlərinə görə, iki xəstə oğlu var və onlar da Dərbənddə yaşayırlar. Onlara yük olmaq istəmədiyi üçün də 4 pişiyi ilə birgə burada yaşayır.

"Azəristiliktəchizat" ASC-nin mətbuat katibi Elvin Basqallı "Xəzər Xəbər"ə bildirdi ki, Mirvari Kərimova sözügedən qaqzanxanada qeyri-qanunui şəkildə məskunlaşmışdı. Qazanxana işlək məntəqə olduğu üçün qadının orada yaşaması həm iş prosesinə mənfi təsir edirdi, həm də onun özünün həyatı üçün təhlükli idi. Bu səbəbdən də "Azəristiliktəchizat" ASC Mirvari Kərimovaya dəfələrlə xəbərdarlıq edib və 1 ilə qədər onun qazanxanadan çıxmasını gözləyib. Sonda isə məhkəmə qərarı ilə qadın qazanxanadan çıxarılıb.

Məsələ ilə bağlı Sosial Xidmətlər Agentliyinə də müraciət etdik. Qurumdan bildirildi ki, Agentliyinin əməkdaşları Mirvari Kərimovanın sosial xidmətlərə olan ehtiyacının qiymətləndirilməsi üçün əraziyə gediblər. Lakin O, deyilən ərazidə olmayıb. Qadınla əlaqə saxlanıb və ona aidiyyəti sosial xidmət müəssisəsinə yerləşdirilməsi təklif olunub. Mirvari Kərimova bununla razılaşmayıb və sosial xidmət müəssisəsində yaşamaq istəməyib.

Qeyd edilib ki, Mirvari Kərimova əlilliyə görə aylıq 327,2 manat pensiya ilə təmin olunur. O, "DOST İş" Mərkəzi tərəfindən işlə də təmin edilib və aylıq 345 manat əməkhaqqı alır.

Paylaş
Xəbər lentİ