Bakı İcra Hakimiyyətinin keçirdiyi tenderlərinin “qalibi” dövlətə külli miqdarda vergi borcu var

Oxunma sayı: 63
24-10-2023, 23:48

Bakı İcra Hakimiyyətinin keçirdiyi tenderlərinin “qalibi” dövlətə külli miqdarda vergi borcu var
Bir müddət əvvəl “tenderlər kralı” kimi nam salan “Star Construktion-12” QSC-nin dövlətə külli miqdarda vergi borcu olduğu üzə çıxıb.
Arasdırma.info xəbər verir ki,məlumta görə, şirkətin hazırda 4 milyon 239 min 661 manat 49 qəpik vergi borcu mövcuddur.

Nizamnamə kapitalı 2050 AZN olan “Star Construktion-12” QSC-nin qanuni təmsilçisi MİRSAHİB BAYRAMOV ATAMALI OĞLUdur.

Şirkətin hüquqi ünvanı Bakı şəhəri Binəqədi rayonu, Binəqədi şossüsi, ev 53-dür.

Şirkətin adı bir müddət əvvələ kimi, Bakı şəhərinə məxsus milyonluq əsas tenderlərində qalib kimi çəkilib.

Xatırladaq ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı 2018-ci ildən Eldar Əziz oğlu Əzizovdur.//32 gun

Paylaş
Xəbər lentİ