Avropada vizasız yaşamaq yeri

Oxunma sayı: 69
27-10-2023, 08:29

Avropada vizasız yaşamaq yeri
Avropada vizasız yaşamaq və işləmək üçün ölkəni tərkedənlər kifayət qədərdir.Son günlər Avropanın bir sıra ölkələrində yaşamaq və işləmək üçün təklif edilən ölkələr arasında İsveç və Norveçin də adaları var.Lakin bu ölkələrin şimal bölgələrində ,eləcə də sakini az olan soyuq adalarda iş təklif olunur.Həmin bölgələrdə 3-4 min avro əmək haqqı təklif olunsa da,burada hava şəraiti çox soyuqdur.Əslində insanlar bi bölgələrdən köçüb cənuba doğru məskunlaşdığından dövlət yaxşı əmək haqqı verməklə vizasız yaşamaq hüququ verir.Bu baxımdan əhalinin 90 faizi gəlmələrdi.
Arasdırma.info xəbər verir ki,bu kimi şəhərlərdən biri də Svalbarddır.
Svalbard: əhalisi cəmi 2936 nəfərdir . Adada tamamilə vizasız rejim var, yəni Şpitsbergen müqaviləsini imzalamış bütün dövlətlərin vətəndaşlarının yaşamaq və işləmək hüququ var.Bu adalarda qışda 40-50 dərəcə şaxta olur.Hətta dekabrın axırı və yanvarın əvvəlində günəş tamamilə yoxolur.Bir də yanvarın 15 dən sonra çıxır.
Svalbard: bura necə çatmaq olar?
Svalbard vizasız ərazi olsa da, uçuşa minmək üçün hələ də Şengen vizasına ehtiyacınız olacaq. Ən yaxşısı Norveçin paytaxtı Oslodan uçmaqdır. Gediş-dönüş biletlərinin qiyməti 200-400 avo arasındadır. Birbaşa uçuşun müddəti üç saatdır.İsveçdə də belə bölgələr var.Lakin bunun üçün internet üzərindən konkret iş yerləri tapmaq lazımdır.
Xatırladırıq ki,bu yerlərdə əsasən daş kömür şaxtaları mövcud olduğundan iş yeri məhz şaxtalarda olur.Bunun üçün yaxşı mütəxəssis olsaz daha yaxşı olar.Elektrik,mühəndis,qaynaqçı və s.

Paylaş
Xəbər lentİ