Vətəndaş alimentini ala bilmir və məhkəməni günahlandırır.

Oxunma sayı: 106
29-10-2023, 15:26

Vətəndaş alimentini ala bilmir və məhkəməni günahlandırır.
Ötən gün redaksiyamıza ünvanlanmış məktubda Bakı şəhər sakini Vahidova Günay Famil qızı rəsmi nigahın pozulmasından sonra aliment ala bilmədiyindən narazıdır. Bir uşağa görə təyin olunmuş alimenti ala bilmədiyindən Günay Vahidova Gəncə Şəhər Məhkəməsinə müraciət edib.
Keçmiş həyat yoldaşına aliment odəmədiyinə görə cinayət işi açılsa da, barəsində heç bir tədbir görülməyib. Bir ildən artıq çəhən məhkəmə çəkişməsi hələ də uzadılır.Səbəb isə ittiham olunan Samir İsayevin xəstə olması göstərilir.
Arasdırma.info xəbər verir ki,ittiham olunan Samir İsayev Gəncə Şəhər Məhkəməsində keçirilən proseslərin bir neçəsində iştirak edib.Lakin sonrakı
məhkəmələrə gəlməyib.Qeyd etmək lazımdır ki,onun bir neçə il ödənilməli olduğu məbləğ 10 min AZN dən artıqdır.
Şikayətçinin sözlərinə görə,məhkəmənin hakimi Əlizadə Elxan Novruz oğludur və hakim cinayət işini düzgün aparmır.Belə ki,onların sözlərinə görə keçmiş həyat yoldaşı Samir İsayev heç vaxt ürək çatışmamazlığından və təzyiqdən şikayət etməyib.Lakin materiallarda onun ağır xəstə olduğu qeyd olunur.Ona rəy yazan həkim isə daha bir cinayət edərək saxta arayış verib.Guya ağır xəstədir,məhkəməyə gələ bilmir.Vətəndaş Günay Vahidova Gəncə Kardioloji Xəstəxananın Zəminə adlı həkiminə sual verdikdə,həkim xəstəliyin dəqiq nədən ibarət olduğunu deyə bilməyib.
Bundan sonra vətəndaş Məhkəmə Hüquq Şurasına müraciət ünvanladığını və məhkəmənin obyektiv keçirilməsini,eləcə də keçmiş həyat yoldaşının yenidən tibbi müayinədən keçməsini istəyir.

Paylaş
Xəbər lentİ