Oğlunun ildönümü günü atası vəfat etdi - FOTO

Oxunma sayı: 62
5-11-2023, 06:57

Oğlunun ildönümü günü atası vəfat etdi - FOTO
Vətən müharibəsində şəhid olan polkovnik-leytenant Qərib Baxşəliyevin atası İnqilab Baxşəliyev vəfat edib.

Arasd;rma/info qafqazinfo-ya istinadən xəbər verir ki, şəhid atası ötən gün oğlunun üçüncü ildönümü günündə dünyasını dəyişib.

Qeyd edək ki, əslən Laçından olan Qərib Baxşəliyev 1977-ci il may ayının 22-də Bakı şəhərində anadan olub, ailənin yeganə oğul övladı idi. O, Vətən müharibəsi zamanı bir neçə rayonun azad olunması uğrunda döyüşlərdə iştirak edib. Noyabrın 3-də sonuncu dəfə Zəngilan istiqamətində şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Oğlunun ildönümü günü atası vəfat etdi - FOTO

Paylaş
Xəbər lentİ