SOCAR və STP-nin birgə şirkətinə yeni rəhbər təyin edilib

Oxunma sayı: 69
7-11-2023, 01:10

SOCAR və STP-nin birgə şirkətinə yeni rəhbər təyin edilib
Dövlət Neft Şirkəti (SOCAR) və “Sumqayıt Texnologiyalar Parkı” MMC-nin birgə şirkəti “SOCAR-STP” MMC-nin rəhbəri dəyişib.

Mməlumata görə, Azad Hüseynov Azər oğlu şirkətin baş icraçı direktoru təyin edilib.

O bu vəzifədə Fərid Ağayev Fəxrəddin oğlunu əvəz edib.

Qeyd edək ki, Azad Hüseynov 2023-cü ilin iyunundan STP-nin baş maliyyə inzibatçısıdır.

Bundan öncə Hüseynov 8 ilə yaxın Azərbaycan Dəmir Yollarında çalışmış, onun son 3 ilini Strateji və inkişaf departamentinin direktoru kimi çalışıb.

Xatırladaq ki, birgə müəssisə “SOCAR-STP” MMC 2020-ci ilin aprelində təsis edilib və 10 milyon manat nizamnamə kapitalı vardır.

Paylaş
Xəbər lentİ