“AbzasMedia”nın rəhbərləri barəsində həbs qətimkan tədbiri seçilib

Oxunma sayı: 52
23-11-2023, 07:13

“AbzasMedia”nın rəhbərləri barəsində həbs qətimkan tədbiri seçilib
Çərşənbə günü Daxili İşlər Nazirliyi BBC-yə bildirib ki, ictimai fəal Məhəmməd Kekalov “polis tərəfindən saxlanılıb”. İki gündür ki, onun barəsində xəbər yox idi, -yaxınları və vəkili yerli mediaya bildirmişdi.

Daxili İşlər Nazirliyinin sözçüsü Elşad Haciyev BBC Azərbaycancaya deyib ki, Məhəmməd Kekalov “Sevinc Vaqifqızı və Ülvi Həsənlinin cinayət işi üzrə cəlb edilib”.

Noyabrın 21-də Azərbaycanda fəaliyyət göstərən AbzasMedia-nın baş redaktoru Sevinc Vaqifqızı barəsində 3 ay 29 gün, saytın direktoru Ülvi Həsənli barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Onlar Cinayət Məcəlləsinin qaçaqmalçılıq (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham edilirlər.

Paylaş
Xəbər lentİ