Oktay Əsgər oğlu Əhmədov

Oxunma sayı: 44
12-12-2023, 09:34

Oktay Əsgər oğlu Əhmədov
Birinci Qarabağ müharibəsi veteranı, Bakı şəhər 67 nömrəli tam orta məktəbin Gənclərin Çağrışaqədərki Hazırlığı üzrə Hərbi Rəhbəri Oktay Əsgər oğlu Əhmədov qəfil dünyasını dəyişib.



Arasdırma.info publika.az-a istinadən xəbər verir ki, 55 yaşlı müəllim 9 dekabr gecə 23:30 radələrində qəflətən vəfat edib.



Qeyd edək ki, O.Əhmədov 1991-2002-ci illərdə Ordu sıralarında xidmət edib.



O, Xocavənd rayonu Qaradağlı kəndində, Ağdam rayonunda, Daşaltı əməliyyatında Kəlbəcər-Ağdərə, Murovdağ, Fizuli, Gədəbəy rayonlarında gedən döyüşlərdə iştirak edib.



2002-ci ildə tərxis olunub. 2004-cü ildən 67 saylı tam orta məktəbdə Gənclərin Çağrışaqədərki Hazırlığı üzrə Hərbi Rəhbər vəzifəsində işləməyə başlayıb.
Oktay Əsgər oğlu Əhmədov

Paylaş
Xəbər lentİ