Həbs olunan Teymur Kərimov Kəlbəcər icra hakimiyyətində müavin olub? -Rəsmi AÇIQLAMA

Oxunma sayı: 44
14-12-2023, 09:44

Həbs olunan Teymur Kərimov Kəlbəcər icra hakimiyyətində müavin olub? -Rəsmi AÇIQLAMA
Teymur Kərimov anasının həkim səhlənkarlığı ucbatından vəfat etdiyini deyirdi. Onun Səhiyyə nazirliyi qarşısında keçirdiyi aksiyalar yaxın keçmişi əhatə etdiyi üçün hər kəsin məlumudur. Həmin proseslərdən sonra Teymur Kərimov anidən Kəlbəcər rayonunun Ağdaban kənd icra nümayəndəsinin müavini vəzifəsinə təyin olundu. O heç vaxt bəziləri kimi heç nəyi gizlətmirdi. O anasının ölümü ilə əlaqədar uzaq qohumu olan Cavid Qurbanovun Oqtay Şirəliyevlə onun arasında barışığa nail olduğunu hər zaman bildirirdi.Özü etiraf edirdi ki, həmin dövr atası Mərdan Kərimov da bağban ştatına salınıb və buna görə aylıq maaş alır.
Bir müddət sonra Teymur Kərimov iddia etdi ki, o 2021-ci ilin may ayından etibarən Kəlbəcər rayon icra hakimiyyətinin başçısının müavini – Sosial–iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsinin icrası ilə məşguldur. Dəfələrlə bu mövzuda həmkarlarla mübahisə edən Teymur həmin vəzifəni qeyri rəsmi icra etdiyini bildirirdi. Aparatın strukturunda isə həmin vəzifə uzun müddətdir ki, vakant yer kimi göstərilir. Teymur Kərimov həftənin bir neçə gününü Gəncədə qalırdı və bunu məhz yeni vəzifəsi ilə əlaqələndirirdi. Teymur Kərimovun həbsindən sonra Kəlbəcər rayon icra hakimiyyətinə sözügedən məsələ ilə bağlı sorğu göndərdik:
“Sosial şəbəkələrdə yayılmış məlumata görə Teymur Kərimov neçə ildir ki, Kəlbəcər rayon Ağdaban kənd icra nümayəndəsinin müavini, 2021-ci ilin may ayından isə Kəlbəcər rayon icra hakimiyyətində üçüncü müavin vəzifəsini daşıyır.”
Arasdırma.info xəbər verir ki,AzTimes.az-ın sorğusuna qısa cavab gəldi. İcra hakimiyyətindən bildirldi ki,Kərimov Teymur Mərdan oğlu Kəlbəcər rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsində işləmir. Amma sorğunun birinci hissəsi cavabsız qaldı. Ağdaban kənd icra nümayəndəliyi ilə bağlı sualımızın üstündən keçildi. Susmaq və görməzdən gəlmək razılıq əlaməti kimi qəbul olunur. Əslində bu sualın cavabı Teymur Kərimovun bizə çoxdan sənəd -sübutlarla vermişdi.Çox maraqlıdır. İcra nümayəndəsinin müavini olan bir şəxs illərdir ki, ölkədə demək olar ki, ən cəsarətli çəkilişləri edir. Dəfələrlə həmin çəkilişlər üçün təzyiqlərlə üzləşdiyini bildirir. Məncə burada bəzi nüanslar ola bilər. Ya Azər Qocayev yerində deyil, işinin öhdəsindən gələ bilmir ki, bütün olanları bu müddət ərzində görə bilməyib, ya da elə özü buna şərait yaradıb. Ya da öz işçisinin maddi durumu ilə maraqlanmayıb ki, həmin əməkdaş ona həvalə edilən vəzifəni ikinci plana keçirərək ailəsinə, evinə bir parça çörək aparmaq üçün kanallarla əməkdaşlıq etmək məcburiyyətində qalıb?Düşünürəm ki, aidiyyatı qurumlar Azər Qocayevin elə öz iş fəaliyyətini də dərindən araşdırmalıdırlar.

Paylaş
Xəbər lentİ