Havanın temperaturu 5-8° aşağı enəcək - XƏBƏRDARLIQ

Oxunma sayı: 44
25-12-2023, 22:12

Havanın temperaturu 5-8° aşağı enəcək - XƏBƏRDARLIQ
Milli Hidrometeorologiya Xidməti qeyri-sabit hava şəraiti ilə bağlı xəbərdarlıq edib.

Arasdırma.info xəbər verir ki,iBakıda və Abşeron yarımadasında dekabrın 24-ü axşamdan 25-i səhərədək qısamüddətə şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s, yarımadanın bəzi yerlərində arabir 30 m/s-dək güclənəcəyi gözlənilir.

Dekabrın 25-i gündüz isə cənub küləyi arabir 15-18 m/s olacaq. Dekabrın 25-də gecə və səhər bəzi yerlərində arabir yağıntılı olacağı, Abşeron yarımadasının şimalında yağışın qısamüddətə sulu qarla qarışıq yağma ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8° aşağı enəcək.//lent.az

Paylaş
Xəbər lentİ