Nikosayağının törətdiyi ağır qəza ilə bağlı YENİ XƏBƏR

Oxunma sayı: 68
27-12-2023, 20:03

Nikosayağının törətdiyi ağır qəza ilə bağlı YENİ XƏBƏR
Sosial şəbəkələrdə “Nikosayağı” adı ilə tanınan bloger Nicat Şakirlinin törətdiyi yol-nəqliyyat hadisəsi ilə bağlı aparılan istintaq işi artıq yekunlaşıb.
Arasdırma.info Cahantv.az-a istinadən xəbər verir ki, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Qeyd edək ki, avqustun 15-də sosial şəbəkələrdə “Nikosayağı” adı ilə tanınan bloger Nicat Şakirli qəzaya düşüb. Hadisə Heydər Əliyev prospektində qeydə alınıb. N.Şakirli idarə etdiyi “Porşe” markalı avtomobili ilə TIR-a çırpılıb. Qəza nəticəsində bir nəfər ölüb, ağır bədən xəsarətləri alan bloqer isə xəstəxanaya aparılıb.
Hadisə ilə bağlı cinayət işi açılıb

Paylaş
Xəbər lentİ