Əməkdar artist vəfat edib

Oxunma sayı: 38
22-01-2024, 23:18

Əməkdar artist  vəfat edib
Ötən gün əməkdar artist Niftulla Əsgərov vəfat edib.


Arasdırma.info xəbər verir ki, tanınmış aktyor ürək-damar xəstəliyi səbəbindən 65 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, N.Əsgərov 1959-cu ildə Lənkəran rayonunun Girdəni kəndində anadan olub. 1995-ci ildən Lənkəran Dövlət Dram Teatrında çalışıb.

2018-ci ildə əməkdar artist fəxri adına layiq görülüb. O, bir sıra filmlərdə və seriallardakı rolları ilə tanınıb.//axşam.az

Paylaş
Xəbər lentİ