Tanınmış meyxanaçı azadlığa buraxıldı – FOTO

Oxunma sayı: 36
30-01-2024, 20:53

Tanınmış meyxanaçı azadlığa buraxıldı – FOTO
“Mahir Ay Brat” ləqəbi ilə tanınan meyxanaçı Mahir Qonşuyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Arasdırma.info APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub.

Hökmə əsasən, ona 1 il 8 ay azadlığın məhdudlaşdırılması cəzası təyin olunub və məhkəmə zalından azadlığa buraxılıb.

O, elektron qolbaqla təmin olunacaq.

Paylaş
Xəbər lentİ