Məşhur aktyorda xərçəng AŞKARLANDI - FOTO

Oxunma sayı: 30
19-02-2024, 20:09

Məşhur aktyorda xərçəng AŞKARLANDI - FOTO
“Artıq ötən həftədən işə çıxıram”.

Arasdırma.info xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında xərçəng xəstəliyindən əziyyət çəkən Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, Əməkdar artist Yadigar Muradov deyib.


Direktor özünü hazırda yaxşı hiss etdiyini qeyd edib:

“Səhhətim yaxşıdır. Amma əsas səs tellərimdir. Bundan sonra onun bərpa olunacağına inanmıram. Hər şey Allahın əlindədir, mənimlə maraqlanan dostlara salam göndərirəm”.

Qeyd edək ki, Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, Əməkdar artist Yadigar Muradovun səhhəti pisləşib. Xəstəxanada müayinə zamanı 65 yaşlı direktorun qalxanabənzər vəzi xərçəngindən əziyyət çəkdiyi aşkarlanıb.

Məşhur aktyorda xərçəng AŞKARLANDI - FOTO

Paylaş
Xəbər lentİ