Başçıya ərə gedən Alidə Mustafayeva görün hansı tanınmış şəxsin qızı imiş - FOTO

Oxunma sayı: 42
1-03-2024, 00:49

Başçıya ərə gedən Alidə Mustafayeva görün hansı tanınmış şəxsin qızı imiş - FOTO
Xəbər verdiyimiz kimi, Ağstafa rayonunun icra başçısı Seymur Orucovun teleaparıcı Alidə Mustafayeva ilə evlənib.

Alidə Fərhad qızı Mustafayeva (Alidə Fərhadqızı) 30 avqust 1987-ci ildə Bakıda anadan olub.Atası elmlər namizədi, dosent Fərhad Məhəmməd oğlu Mustafayev Qazaxın Aşağı Salahlı kəndində tanınmış Səməd Ağa Mustafayevin nəvəsidir. Anası İradə Baba qızı Kəsəmənli Ağstafanın Qıraq Kəsəmən kəndində tanınmış Səlim bəyin nəvəsidir.

2004-cü ildə Nəsimi rayonu Samir Hacıyev adına 5 saylı orta məktəbi, 2008-ci ildə ADU-nun Avropaşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinin amerikaşünaslıq ixtisasını bitirib.

7 dekabr 2009-cu il tarixində ATV-də seçimlərdən keçərək, işə götürülüb. 2010-cu ilin sentyabr ayının 17-də 106 FM|106 və 106.3 FM dalğalarında "Son xəbər"i təqdim edib. 2011-ci il 20 iyun tarixindən ATV-də "Son Xəbər"in aparıcısı olub.

Müxtəlif vaxtlarda xəbərlərlə yanaşı, "ATV Dünya" proqramlarının aparıcısı olub. 2016-cı il 8 aprel tarixində ATV-dən ayrılıb.

2016-cı il 4 iyul tarixindən ANS-də "Salam, Azərbaycan" və "Xəbərçi" proqramlarını aparıb. 2016-cı il 18 iyul tarixdə ANS fəaliyyətini dayandırdığı üçün buradan ayrılıb. // milli.az

Paylaş
Xəbər lentİ