Məşhur polkovnik-leytenant vəfat etdi

Oxunma sayı: 24
14-03-2024, 00:28

Məşhur polkovnik-leytenant vəfat etdi
I Qarabağ müharibəsi qazisi vəfat edib.

Arasdırma.info olke.az-a istinadən xəbər verir ki, polis polkovnik-leytenantı "Azərbaycan Bayrağı" ordenli qazi, Xocalı fədaisi Bəxtiyar Qulu oğlu Aslanov dünyasını dəyişib.

Qeyd edək ki, 1992- ci ildə Xüsusi Təyinatlı Polis Dəstəsinin üzvü olan B.Aslanov Xocalının müdafiəsi uğrunda mübarizə aparıb.

Fevralın 25-i axşam ermənilər Xocalıya hücum edən zaman Əlif Hacıyev və onun dəstəsi səhər saatlarına qədər düşmənə müqavimət göstərib. Əlifin döyüş yoldaşı Bəxtiyar Aslanov da düşmənlə sona qədər döyüşür. B.Aslanov döyüşlər vaxtı 6 güllə yarası alıb və 14 ay hospitalda yarıhuşsuz vəziyyətdə yatıb.

Paylaş
Xəbər lentİ