Sabah qısaldılmış iş günü olacaq

Oxunma sayı: 22
18-03-2024, 16:13

Sabah qısaldılmış iş günü olacaq
Sabah qısaldılmış iş günü olacaq.

Arasdırma.info xəbər verir ki, 19 mart tarixi bayramqabağı iş günü olduğundan iş yerlərində həmin iş gününün müddəti bir saat qısaldılır.

Qeyd edək ki, bu il il Novruz bayramında 7 gün ardıcıl iş olmayacaq. 20, 21, 22, 23, 24, 25 və 26 mart tarixləri qeyri-iş günü sayılır.

23 və 24 mart tarixləri həftənin şənbə və bazar gününə düşdüyü üçün, 25 və 26 mart da istirahət günləri hesab ediləcək.

Paylaş
Xəbər lentİ