Ölkənin baş notariusu işdən çıxarıldı (FOTO)

Oxunma sayı: 25
20-03-2024, 20:34

Ölkənin baş notariusu işdən çıxarıldı (FOTO)
Ədliyyə sahəsində xidmətlər Baş İdarəsinin (Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsi) rəis müavini, Notariat İdarəsinin rəisi Mehman Soltanov vəzifəsindən azad edilib.
Arasdırma.info xəbər verir ki,

Ölkənin baş notariusu işdən çıxarıldı (FOTO)Qaynarinfo-ya daxil olan məlumata görə, Mehman Soltanov müvafiq əmrlə vəzifəsindən azad olunaraq, təqaüdə göndərilib.
Qeyd edək ki, 1958-ci ildə Göyçay rayonunda anadan olan Soltanov Mehman Nəsir oğlu uzun illər Ədliyyə Nazirliyində çalışıb. 1993-2003 illərdə Ədliyyə Nazirliyində dövlət notariusu kimi fəaliyyət göstərib. 2003-cü ildən etibarən Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş idarəsinin rəisinin müavini və Notariat İdarəsinin rəisi vəzifəsində çalışıb. İdarə ləğv olunandan sonra Ədliyyə sahəsində xidmətlər Baş İdarəsinin rəis müavini olub.

Mehman Soltanob çalışdığı dövr ərzində müxtəlif mükafatlarla təltif olunub. 2012-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı, 2018-ci ildə Ədliyyə Nazirliyinin 100 ilik yubiley medalı ilə təltif edilib.
Xatıradaq ki, 27 fevral 2024-cü ildən Fərid Əhmədov ədliyyə naziri təyin olunub.

Paylaş
Xəbər lentİ