“Bakubus” gömrük qaydalarını pozub? - 1500 manat cərimələnə bilər

Oxunma sayı: 31
28-03-2024, 08:28

“Bakubus” gömrük qaydalarını pozub? - 1500 manat cərimələnə bilər
Dövlət Gömrük Komitəsi (DGK) “Bakubus” MMC barəsində inzibati protokol tərtib edib.

Arasdırma.info xəbər verir ki, “Bakubus”a qarşı İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi) maddəsi ilə ittiham irəli sürülüb.

İş baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərilib.

485.2-ci maddəyə görə vəzifəli şəxslər 1000 manat məbləğində, hüquqi şəxslər isə 1500 manat məbləğində cərimə edilir.//valyuta

Paylaş
Xəbər lentİ