Vəzifəli şəxsdən 4 milyon tələb edən şəxsə hökm oxundu

Oxunma sayı: 30
6-04-2024, 17:26

Vəzifəli şəxsdən 4 milyon tələb edən şəxsə hökm oxundu
Nazirlər Kabinetinin İşlər İdarəsinin müdiri Hikmət Xəlilovdan külli miqdarda pul tələb edən Vahid Xələfovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Arasdırma.info APA-ya istinadla xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə son sözlə çıxış edən təqsirləndirilən Vahid Xələfov ona bəraət verilməsini istəyib.
Daha sonra hökm elan olunub. Hökmə əsasən, Vahid Xələfov 14 il azadlıqdan məhrum edilib.
Xatırladaq ki, dövlət ittihamçısı təqsirləndirilən Vahid Xələfovun 15 il azadlıqdan məhrum edilməsini istəmişdi.
Qeyd edək ki, Vahid Xələfov Nazirlər Kabinetinin İşlər İdarəsinin müdiri Hikmət Xəlilovdan külli miqdarda pul tələb etməkdə təqəsirləndirilir.
Təqsirləndirilən Vahid Xələfov barəsində Cinayət Məcəlləsinin 182.4( Hədə-qorxu ilə tələb etmə) və 322 (Özbaşınalıq) maddəsi ilə ittiham irəli sürülüb.
İttihama görə, tələb olunan məbləğ 4 milyon 600 min manat olub.

Paylaş
Xəbər lentİ