Bakı Avropa Liseyinin köhnə binasının söküntüsü dayandırılıb

Oxunma sayı: 18
9-04-2024, 03:31

Bakı Avropa Liseyinin köhnə binasının söküntüsü dayandırılıb
Yasamal rayonu, Süleyman Tağızadə və Rastropoviçlər küçələrinin kəsişməsində yerləşən Bakı Avropa Liseyinin köhnə binasının söküntüsü dayandırılıb.

Arasdırma.info xəbər verir ki,"Report"un sorğusuna Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin verdiyi cavaba əsasən, əraziyə qurumun əməkdaşları tərəfindən baxış keçirilib:

"Aparılan işlər aidiyyəti dövlət orqanları ilə birgə dayandırılıb. Ərazinin tarixi və arxeoloji əhəmiyyətini müəyyən etmək üçün mütəxəssislər cəlb olunacaq. Mütəxəssislərin verdiyi rəy nəticəsində müvafiq addımlar atılacaq".
Bakı Avropa Liseyinin köhnə binasının söküntüsü dayandırılıb
Bakı Avropa Liseyinin köhnə binasının söküntüsü dayandırılıb
Bakı Avropa Liseyinin köhnə binasının söküntüsü dayandırılıb

Paylaş
Xəbər lentİ