Növbəti köç karvanı Şuşaya çatıb - FOTO

Oxunma sayı: 97
25-05-2024, 21:38

Növbəti köç karvanı Şuşaya çatıb - FOTO
Bu gün səhər saatlarında yola salınan növbəti köç karvanı Şuşa şəhərinə çatıb.

Arasdırma.info xəbər verir ki, Şuşa şəhəri doğma sakinlərini qarşılamağa davam edir.

Bu gün 32 ailə olmaqla, 125 nəfər Şuşa sakini öz yurduna qovuşub. Köç karvanı respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət olub.

Şuşa şəhərində sevinclə qarşılanan ailələr doğma yurda qovuşmağın sevincini yaşayıblar.

Bununla da Şuşa şəhərində 90 ailənin, yəni 349 nəfərin məskunlaşması təmin edilib.//APA

Paylaş
Xəbər lentİ