“Kürün daşması çox gözlənilir” - Ekspert

Oxunma sayı: 56
30-05-2024, 06:35

“Kürün daşması çox gözlənilir” - Ekspert
“Hazırda Kürün daşması daha çox gözlənilir”.

Bunu Valyuta.az-a ətraf mühit məsələləri üzrə ekspert Rövşən Abbasov son günlər bölgələrə yağan yağışın Kürdə suyun səviyyəsinin artmasının törədə biləcəyi fəsadlar haqqında danışarkən deyib.

Rövşən Abbasov bildirib ki, Ermənistanda, Gürcüstanda, həm də yuxarı axın ərazilərində intensiv yağıntılar düşür və bunun nəticəsində su anbarları dolub. Ona görə də çox güman ki, aşağı axın ərazilərdə subasmaları hadisələri müşahidə olunacaq:

“Ən çox subasmanın müşahidə olunacağı ərazilər Salyan, Neftçala və digər Kürətrafı rayonlardır”.


Ekspert bildirib ki, buna hazırlıqlı olmaq lazımdır:

“Hazırda aşağı axın rayonlarında mövcud infrastrukturlar, bəndlərin vəziyyəti, evlərin daşıma dayanıqlıq vəziyyəti yoxlanmalıdır. Əhalinin məlumatlılıq vəziyyəti artırılmalı, onlara məlumat verilməlidir ki, Kür istənilən vaxt daşa bilər. Mümkün su basa biləcək ərazilərdə ehtiyat tədbirləri həyata keçirilməlidir. Bunun üçün də mövcud strukturlar, mövcud iş qrupları hazır vəziyyətə gətirilməli, daşqın baş verərsə, ona qarşı hansı cavab reaksiyaları olacağını müəyyənləşdirilməlidir”.

Qeyd edək ki, bir neçə gün öncə FHN Kürün səviyyəsinin kəskin artması ilə bağlı məlumat yayıb. Bildirilib ki, ölkənin bəzi ərazilərində davam edən leysan xarakterli intensiv yağışlar, həmçinin qonşu Gürcüstanda Kür çayının hövzəsində müşahidə edilən güclü yağışlar nəticəsində Kür çayının səviyyəsinin kəskin artması səbəbindən bəzi açıq sahələrdə suyun məcradan çıxması baş verib.

Paylaş
Xəbər lentİ