"Windows 11"də bu funksiya təhlükəlidir - Hakerlər sizi izləyə bilər

Oxunma sayı: 50
3-06-2024, 21:58

"Windows 11"də bu funksiya təhlükəlidir - Hakerlər sizi izləyə bilər
"Windows 11"də yeni süni intellekt (AI) funksiyası hakerlərdən kifayət qədər qorunmur".

Arasdırma.info "lenta.ru"ya istinadən xəbər verir ki, bu barədə təhlükəsizlik üzrə ekspert Kevin Beaumont bildirib.

O, hər bir "PC" istifadəçisinin hərəkətlərini davamlı olaraq qeyd edən süni intellektə əsaslanan geri çağırma funksiyasını araşdırıb. Belə ki, sistem bir neçə saniyədən bir ekranın skrinşotunu çəkir və şəkilləri kompüter sahibinin istəyi ilə nümayiş etdirərək saxlayır.

Mütəxəssisin sözlərinə görə, "Recall" istifadəçinin məxfi məlumatlarını - parollar, mesajlar və s.-ni mətn şəklində saxlayır. Beaumont, mətn sənədinin şifrələnmədiyini və ona daxil olmaq üçün sistem administratorunun hüquqlarının tələb olunmadığını aşkar edib.

Bomontun sözlərinə görə, yeni funksiyanın mövcudluğu sayəsində hakerlər istifadəçinin məxfi məlumatlarını oğurlaya biləcəklər.//redaktor.az

Paylaş
Xəbər lentİ