Un yenidən bahalaşdı

Oxunma sayı: 51
4-06-2024, 08:09

Un yenidən bahalaşdı
Azərbaycanda unun qiyməti yenidən bahalaşıb.
Arasdırma.info xəbər verir ki, 50 kiloqramlıq un kisəsinin qiymətində 5 manata yaxın artım olub.
Belə ki, 27 manat 35 qəpiyə satılan 50 kiloqramlıq un kisəsi hazırda satış məntəqələrində 32 manata təklif olunur.
Qeyd edək ki, bundan öncə unun bir kisəsi 25 manat 5 qəpikdən 27 manat 35 qəpiyə qalxmışdı.//qaynarinfo

Paylaş
Xəbər lentİ