Daxili Qoşunların polkovniki qəfil vəfat etdi

Oxunma sayı: 40
10-06-2024, 20:50

Daxili Qoşunların polkovniki qəfil vəfat etdi
Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Şəxsi heyət üzrə İdarəsinin rəis müavini, mənəvi-psixoloji hazırlıq şöbəsinin rəisi polkovnik Şahin Bəylərov dünyasını dəyişib.
Arasdırma.info xəbər verir ki, o, ürəktutmasından vəfat edib.

1977-ci il təvəllüdlü Ş.Bəylərov Vətən müharibəsi iştirakçısıdır. Prezident İlham Əliyevin sərəncamı ilə "Vətən müharibəsi iştirakçısı" medalı ilə təltif olunub.

Qeyd edək ki, mərhum polkovnikin iyun ayının 24-də 47 yaşı olacaqdı.//unikal.

Paylaş
Xəbər lentİ