Ədliyyə Tibb Müssisəsinin rəisi işdən çıxarıldı

Oxunma sayı: 51
4-07-2024, 22:29

Ədliyyə Tibb Müssisəsinin rəisi işdən çıxarıldı
Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi Rəfail Mehdiyev vəzifəsindən azad edilib.

Arasdırma.info xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, bu barədə müvafiq əmr imzalanıb.

Digər əmrlə Cəmil Kamilli yeni idarə rəisi təyin edilib.

Qeyd edək ki, C.Kamilli tanınmış həkimdir, illərlə həkim-qastroenteroloq kimi fəaliyyət göstərib.

***

Ədliyyə Nazirliyindən saytımıza bildirilib ki, Rəfail Mehdiyev Tibb baş idarəsinin rəis müavini olaraq fəaliyyətini davam etdirir.

Paylaş
Xəbər lentİ