Qulağı kəsilən məmurun kimliyi bilindi – Naxçıvandakı olayın şok təfərrüatı

Oxunma sayı: 57
4-07-2024, 23:54

Qulağı kəsilən məmurun kimliyi bilindi – Naxçıvandakı olayın şok təfərrüatı
Naxçıvanda baş verən şok olayın təfərrüatları üzə çıxıb. Mətbuatda yayılan məlumatlarda Şahbuz rayonunda bir məmurun qulağının kəsilməsi iddia olunurdu.

Arasdırma.info musavat.coma istinadla xəbər verir ki, bu xüsusda ovqat.com saytı olayın təfərrüatı ilə bağlı yazı paylaşıb.


Həmin yazıda iddia olunur ki, məsələ namus üstündə baş verib, qulağı qonşusu tərəfindən kəsilən Şahbuz İcra Hakimiyyətinin məsul işçisi Söhrab Kərimovdur.

Yazıda iddia olunur ki, qonşusu onun bir yox, iki qulağını birdən kəsib: “Ağlından başqa yerlərini də kəsmək keçirmiş. Ona da təsadüfən yoldan keçən Nurs kəndinin icra nümayəndəsi mane olur. Qonşu məcburən iki qulaqla kifayətlənir və kəsdiyi qulağın birini götürüb, polis idarəsinə gəlib. Polislərə məmuru cəzalandırdığını bildirir və əlində tutduğu qulağı əşyayi-dəlili kimi onlara göstərir. Polis müvafiq tədbirləri görür. Ancaq hadisədən müəyyən zaman keçdiyi üçün qulağı yerinə bərpa etmək mümkün olmur”.

Sayt yazır ki, Şahbuz İcra Hakimiyyətinin məsul işçisi Söhrab Kərimov əvvəl rayonda kafel ustası kimi çalışıb: “Bir gün ona rayon icra başçısının villasının ayaq yolunun kafelini döşəmək işi tapşırılıb. Kafellərin düzülmə şəklindən xeyli məmnun qalan icra başçısı onu öz idarəsində işə götürür. Özü də nə işinə? Şahbuz İcra Hakimiyyətinin inzibati ərazi dairələri ilə iş üzrə şöbə müdiri vəzifəsinə”.

Paylaş
Xəbər lentİ