Mətbəxində siçovul olduğu deyilən restorandan AÇIQLAMA

Oxunma sayı: 39
8-07-2024, 22:23

Mətbəxində siçovul olduğu deyilən restorandan AÇIQLAMA
Məşhur “Biblioteka” restoranının rəhbərliyi mətbəxlərində siçovul olması iddialarına aydınlıq gətirib.
Arasdırma.info xəbər verir ki, “Qafqazinfo”ya açıqlama verən restoran meneceri Nəcməddin Şabanov qeyd edib ki, görüntülərin “Biblioteka” restoranı ilə əlaqəsi yoxdur.
“Yayılmış xəbərlərin bizimlə heç bir əlaqəsi yoxdur. Bu xəbər yəqin ki, bizə xələl gətirmək üçün yayılıb. Restoranımızda dezinfeksiya və deratizasiya işləri vaxtında yerinə yetirilir. Burada ayda minimum 2 dəfə dezinfeksiya aparılması ilə bağlı rəsmi sənədlərimiz var. Dezinfeksiya şirkətləri ilə əməkdaşlıqlarımız bunu sübut edir. Görüntüləri paylaşıb altına bizim məkanın adını qeyd etmək peşəkarlıq deyil. Bütün qanuni tələblər üzrə qida təhlükəsizliyi işləri həyata keçirilir”, - menecer bildirib.
N. Şabanov həmçinin əlavə edib ki, həmin o canlının çalışma hissəsindən mətbəxə girməsi qeyri-mümkündür: “Çünki bunun üçün hər hansı açıq bir yer yoxdur. Bu məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edəcəyik. Bizim mövqeyimizin soruşulmadan qeyd olunması düzgün deyil. Belə addımların atılmasının yəqin ki, səbəbləri var. Məkanın bazarda öz fəlsəfəsi, konsepsiyası və ideologiyası var. Gənclər burada kitablar oxuyaraq maarifləndirici vaxt keçirirlər. Belə konsepsiyası və fəlsəfəsi olan məkan isə görünür, kiminsə narahatlığına səbəb olub”.

Paylaş
Xəbər lentİ