Əhali içkiyə və siqaretə 1,5 milyard manat xərcləyib - Son 5 ildə 365 milyon artım

Oxunma sayı: 29
13-08-2024, 22:19

Əhali içkiyə və siqaretə 1,5 milyard manat xərcləyib - Son 5 ildə 365 milyon artım
Bu ilin yanvar-iyul aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 1 milyard 474,6 milyon manatlıq içkilər və tütün məmulatları satılıb.

Arasdırma.info Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,4 % çoxdur. Ötən ilin eyni dövründə bu xərclər 1 milyard 370,9 milyon manat olub.

Bu ilin göstəricilərini 5 il əvvəl ilə müqayisə edən zaman görünür ki, əhalinin içkiyə və tütün məmulatlarına xərclədiyi pul 365,9 milyon manat artıb. 2020-ci ilin eyni dövründə bu rəqəm 1 milyard 108,7 milyon manat olub.

Əhalinin son 5 ildə içkiyə və tütün məmulatlarına xərclədiyi vəsaitin məbləği ilə aşağıdakı cədvəldən tanış ola bilərsiniz://valyuta.az

İllər İçki və tütün məmulatlarına
xərclənən vəsait (milyon manatla)
2024 yanvar-iyul 1 474,60
2023 yanvar-iyul 1 370,90
2022 yanvar-iyul 1 291,80
2021 yanvar-iyul 1 203,20
2020 yanvar-iyul 1 108,70

Paylaş
Xəbər lentİ