Qatarla gedənlərə xəbərdarlıq - Onlayn bilet alanda diqqətli olun!

Oxunma sayı: 17
7-09-2024, 08:09

Qatarla gedənlərə xəbərdarlıq - Onlayn bilet alanda diqqətli olun!
Bəzən sərnişinlər qatarlara onlayn bilet aldıqları zaman qatarın növünə fikir vermirlər. Bu isə sonradan sərnişinlər arasında narazılığa səbəb olur.

Arasdırma.info xəbər verir ki,ADY-dan Lent.az-a verilən məlumata görə rayonlararası (şəhərlərarası) marşrutları ilə səfər biletinin onlayn rəsmiləşdirilməsi zamanı hərəkətdə olacaq qatarın növü (sürətli və ya sürət qatarı) açılan səhifədə göstərilir.

Bu zaman qeyd olunan məlumat pəncərənin sol tərəfində, marşrutun adının yuxarı hissəsində “Stadler” və ya “Ekspress” formasında əks olunur.

Qatarlara onlayn formada bilet alan sərnişinlərdən bu məsələdə diqqətli olmaları xahiş olunur.

Paylaş
Xəbər lentİ