Tanınmış yazıçı-jurnalist Hidayət Elvüsal vəfat edib.
Arasdlırma.infoxəbər verir ki,bu barədə sosial şəbəkələrdə məlumat verilib.
Məlumatda deyilir ki, o xərçəng xəstəliyindən əziyyət çəkirmiş. Mərhum Kürdəxanı qəbristanlığında dəfn ediləcək.
Xatırladırıq ki, Hidayət Yunis oğlu Elvüsal 1949-cu ildə Kəlbəcər rayonunda anadan olub. 1968-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Jurnalistika fakültəsinə daxil olub. Universitetdə oxuduğu illərdə Kəlbəcərdə çıxan “Yenilik” qəzetində və yerli radioda çalışıb. Sonrakı illərdə “Azərbaycan gəncləri”, “Kommunist”, “Səhər” və başqa qəzetlərdə işləyib. Onun “Səhər” qəzetində müəllifi olduğu “Belə-belə işlər” rubrikası çox maraqla qarşılanırdı. Azərbaycan dilinin imkanlarından məharətlə istifadə edirdi. Hidayət Elvüsal eyni zamanda mahnı mətnlərinin müəllifi və həvəskar bəstəkar kimi də tanınırdı.
Hidayət Elvüsal şair Şücaətin qardaşı idi. Ruhu şad olsun!
Baş redaktor: Çingiz Qurbanoğlu
(+99455) 430-99-70