Bakıda tələbə qızların şəkillərini çəkərək sosial şəbəkələrdə yayan manyak peyda olub.
Arasdırma.info xəbər verir ki, əsasən 61 nömrəli marşrutun dayanacağında rast gəlinən bu şəxs qızların arxasınca düşür, sosial şəbəkə vasitəsilə onları şantaj edir.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı Cahantv.az-ın sorğusuna cavab olaraq bildirib ki, iddialarla bağlı qeyd edilən ərazi polis orqanı tərəfindən nəzarətə götürülüb.
Nəticəsi barədə əlavə məlumat veriləcək.//olke.az
Baş redaktor: Çingiz Qurbanoğlu
(+99455) 430-99-70