“Sosial şəbəkələrdə SİMA yeni nəsil rəqəmsal imzanın yolu qadağan olunmuş yerlərdən keçən piyadaların cərimələnməsi məqsədilə istifadə olunduğuna dair yanlış məlumatlar yayılıb”.
Arasdırma.info xəbər verir ki, bu “AzInTelecom”un müvafiq açıqlamasında qeyd olunub.
Bildirilib ki, bu xəbərlər həqiqəti əks etdirmir və reallığa uyğun deyil:
“SİMA rəqəmsal imza sadəcə hüquqi və biznes proseslərində, istifadəçilərin elektron imza ehtiyaclarını qarşılayaraq onların rəqəmsal mühitdə şəxsiyyətlərini təsdiqləməsi üçün istifadə edilən rəqəmsal həlldir. SİMA rəqəmsal imzanın piyadaların yol hərəkəti qaydalarını pozması ilə bağlı hər hansı nəzarət və ya cərimələmə funksiyası yoxdur.
İctimaiyyətin düzgün məlumatlandırılması üçün yalnız rəsmi mənbələrdən əldə edilən informasiyalara istinad edilməsi tövsiyə olunur”./\qafqüazinfo
Baş redaktor: Çingiz Qurbanoğlu
(+99455) 430-99-70