"Əlimdəki ətdoğrayan balta deyildi" - Ağadadaş Ağayev

Oxunma sayı: 16
4-12-2024, 05:10

"Əlimdəki ətdoğrayan balta deyildi" - Ağadadaş Ağayev
Xalq artisti Ağadadaş Ağayevin cinayət işi üzrə məhkəmə istintaqı davam edir.


Arasdırma.info “Qafqazinfo”ya istinadən xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində keçirilən iclasda müğənni sərbəst ifadə verib.

Ağadaş Ağayev ifadəsində özünü təqsirli bilmədiyini söyləyib. Qeyd edib ki, mühafizəçi onun çağırışına cavab vermədiyi üçün hadisə bu yerə gəlib çıxıb:

“Mənim xarakterimdə şortiklə küçəyə çıxmaq olmayıb. Amma o, elə dərəcəyə çatdırdı ki, bu formada küçəyə çıxdım. Məni dəmir parçası ilə vurdu. Mən tibbi yardım istəmişəm. Necə ola bilər ki, yardım istəyən adam söyüş söysün?! Yalan danışmaq xarakterimdə yoxdur. Buna görə də and içmirəm.

Mən özümü müdafiə üçün əşya götürmüşəm. Hadisə qapının ağzında baş verdi. Onu kənara çəksələr də, əl çəkmədi. Dəfələrlə üstümə hücum çəkdi, məni təhdid etdi. Eyni şeylər təkrarlandı. Məni provokasiyaya çəkdi və yolun o biri tərəfinə keçirdi”.

A.Ağayev tərəflərin suallarını cavablandırarkən silah qismində istifadə etdiyi əşyanın oyuncaq olduğunu deyib:

“Əlimdəki ətdoğrayan balta deyildi, “iqruşka” idi. Onu mühafizəçiyə atdım ki, məndən əl çəksin”.

Müğənninin son dedikləri zərərçəkmiş xadimənin vəkili Gülşən Salmanovanı güldürüb. Vəkil əşyanın əsl balta olduğunun təsdiq edildiyini bildirib.

Proses dekabrın 17-si zərərçəkənlərin ifadəsi ilə davam edəcək.

Qeyd edək ki, Ağadadaş Ağayev silah qismində istifadə olunan əşya ilə xuliqanlıq etməkdə ittiham olunur. Təqsirli bilinsə, 2 ildən 5 ilə kimi azadlıqdan məhrum edilə bilər.

Paylaş
Xəbər lentİ