Əməkdar artist Mövsüm Hüseynov vəfat edib.
Arasdırma.info xəbər verir ki, o, uzun sürən xəstəlikdən sonra 66 yaşında vəfat edib.
Xatırladırıq ki,Mövsüm Hüseynov (Möhsün Hüseynxanlı) 1958-ci ildə Bakıda anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunda təhsil alıb (1980-1985). Sumqayıt Dövlət Musiqili Dram Teatrında (1982-1995), Azərbaycan Dövlət Musiqili Komediya Teatrında (1995-1997), Bakı Bələdiyyə Teatrında (1997-2008) çalışıb. 2010-cu ildən Sumqayıt Dövlət Musiqili Dram Teatrında fəaliyyətini davam etdirib.
Filmoqrafiya:
Hücum (1989, qısametrajlı bədii film) – aktyor (Osman müəllim)
Qəzəlxan (1991, tammetrajlı bədii film) – aktyor (Qafarzadənin sürücüsü)
Anamın kitabı (1994, tammetrajlı film-tamaşa) – aktyor
Yük (1995, tammetrajlı bədii film) – aktyor (qumarbaz)
Beşmərtəbəli evin altıncı mərtəbəsi (1996, tammetrajlı bədii film) – aktyor
Otel otağı (1998, tammetrajlı bədii film) – aktyor (Kərimin qudası)
Yanmış körpülər (2003-2007, bədii serial) – aktyor (Qüdrət)
Şans (2004, tammetrajlı bədii film) – aktyor (polis kapitanı)
Bomba (2005, tammetrajlı bədii film) – aktyor (polis rəisi)
Gəl təzədən evlənək (2011, tammetrajlı bədii film) – aktyor (Topal Yekə)
Vəkil hanı? (2011, tammetrajlı bədii film) – aktyor (Əmirqulu)
Bir kəndin sevinci (2012-2013, bədii serial) – aktyor
Durnalar qayıdanda (2014, bədii serial) – aktyor (Mirzə)
Fədakar (2015, tammetrajlı bədii film) – aktyor
Allah rəhmət eləsin.
Baş redaktor: Çingiz Qurbanoğlu
(+99455) 430-99-70