Lənkəran və Samuxda sərtləşdirilmiş xüsusi karantin rejimi ləğv olundu

Oxunma sayı: 425
20-07-2020, 05:10

Lənkəran və Samuxda sərtləşdirilmiş xüsusi karantin rejimi ləğv olundu

Yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma dinamikası nəzərə alınmaqla Lənkəran şəhəri və Samux rayonunda sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiqi bu gündən dayandırılıb.

Arasdırma.infonun məlumatına görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah qərar verib.


Qeyd edək ki, COVID-19-un yayılması ilə bağlı mövcud sanitar-epidemioloji vəziyyətin təhlilinə uyğun olaraq ölkə üzrə xüsusi karantin rejimi 2020-ci il 31 avqust saat 00:00-dək uzadılıb. Xüsusi karantin rejimi avqustun 1-də bitməli idi.

Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Siyəzən və Şəki rayonlarında isə mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq sərtləşdirilmiş xüsusi karantin rejimi 2020-ci il 5 avqust saat 06:00-dək davam edəcək.

Qeyd olunan ərazilərdə sərtləşdirilmiş xüsusi karantin rejiminin 20 iyul saat 06.00-da başa çatması nəzərdə tutulurdu.//APA

Paylaş
Xəbər lentİ