""Bravo" supermarketlər şəbəkəsində müştəriyə edilən böyük hörmətsizlik və saymamazlıqdır."- ŞİKAYƏT

Oxunma sayı: 556
15-08-2020, 04:32

""Bravo" supermarketlər şəbəkəsində müştəriyə edilən böyük hörmətsizlik və saymamazlıqdır."- ŞİKAYƏT
Arasdırma.info Teref.aza istinadən xəbər verir ki, sosial şəbəkə istifadəçisiu Mənsimova Mirşəkər xanım "Bravo" supermarketlər şəbəkəsinin 9 mkr yerləşən filialından şikayətçidir!
Şikayətçi Mənsimova Mirşəkər xanım "Bravo" supermarketində başına gələn hadisədən yazır
Şikayətim #Bravodandır. Deməli bu gün 9-cu mkrda yerləşən marketdən hədiyyə qutusu alırdım,qutunun üzərində isə kodu yerləşdirilməmişdi. Bir xanımdan kömək istədim,kassaya yaxınlaşmağımı bildirdi.
Hər nəysə, kassada isə üstündə kod yerləşdirilmədiyi üçün məhsulu verə bilməyəcəyini bildirdilər.Bəs bu məhsul vitrində varsa,mənə də lazımdırsa necə olacaq deyə soruşanda "bu işə şöbə müdiri baxır,o isə işdən gedib artıq,məhsulu verə bilmərik." deyilir.
Daha sonra "bir adam yoxdu soruşaq"? deyəndən sonra bir bəy yaxınlaşıb kompüterdə nəsə eləyib çıxıb getdi,qutu da qalıb orda,nə hə deyirlər,nə yox durub gözləyirik.
Axırda dedik verilmir qutu? dedi yox.Mən başa düşürəm ki,burda kassada olan işçinin bir günahı yoxdu.Amma ümumilikdə bu müştəriyə edilən böyük hörmətsizlik və saymamazlıqdır.
Teref.az olaraq qarşı tərəfin fikirlərini dinlməyə hazırıq!

Paylaş
Xəbər lentİ