"Lukoil"də ŞOK fırıldaq - 75 litrlik çənə 82 litr benzin "vurdular" - FOTO

Oxunma sayı: 516
16-08-2020, 06:20

"Lukoil"də ŞOK fırıldaq - 75 litrlik çənə 82 litr benzin "vurdular" - FOTO
"Lukoil" yanacaqdoldurma məntəqələrindən birində tam çən yanacaq doldurdum. 75 litr tutumu olan çənə 82 litr yanacaq "vurdular". Üstəlik çəndə ən az 3 litr yanacaq vardı". Avtosfer.az xəbər verir ki, bu barədə tanınmış telejurnalist, Azərbaycan Milli Antidopinq Agentliyinin mətbuat xidmətinin rəhbəri Vamiq Nəsirov sosial şəbəkə profilində məlumat yayıb. O bildirib ki, baş verən hadisəni aydınlaşdırmaq istəyib, amma çox konkret bir cavab veriblər: "Nə var odur". O qədər əmin və qəti cavab verdilər ki, özümdən və "Hyundai" şirkətindən şübhələndim. Dedim, yəqin, "Hyundai" "bezrazmer" yanacaq çəni istehsal edib, müştəriləri məlumatlandırmayıb. "Hyundai" şirkətini məhkəməyə verəcəm. "Lukoil"i isə şahid qismində dəvət edəcəm. Yəqin ki, gələrlər. Axı onlar çox təmiz işləyir. "Nə var odur".

Paylaş
Xəbər lentİ