Otel, restoran, sauna, yoxsa əxlaqsızlıq yuvaları?

Oxunma sayı: 881
31-08-2020, 05:51

Otel, restoran, sauna, yoxsa əxlaqsızlıq yuvaları?

Ölkədə insan alverinə və əxlaqsızlıq yuvalarının saxlanmasına qarşı ciddi mübarizə tədbirləri aparılır. Artıq bu il ərzində Bakıda bir neçə əxlasızlıq yuvası aşkarlanaraq ifşa olunub, onlar haqqında qanunla müvafiq tədbirlər görülüb. Lakin bütün bunlara baxmayaraq təəssüf ki, bu cür problemlər hələ də mövcuddur. Bu cür obyektlərdən gələn bəlaların isə cəmiyyətdə hansı fəsadlar törətdiyi dəfələrlə müzakirə olunub. Belə ki bir çox dəri-zöhrəvi və yoluxucu xəstəliklər məhz bu tip obyektərdən yayılmağa başlayır. Bu obyektlər isə hanısa məmurların himayəsində olur.

Etibarlı mənbələrdən redaksiyamıza bir neçə obyekt barədə şok məlumat daxil olub. Həmin məlumatlara görə paytaxt Bakıda bu cür obyektlərin sayı durmadan artır və onlara müəyyən vəzifə sahibləri himayədarlıq edirlər. Mənbənin verdiyi məlumata istinadən həmin obyektlərin bir neçəsini təqdim edirik:

“Dalğa” - ailəvi istirahət mərkəzi – məlumata görə, sözügedən bu obyekt Xətai rayon ərazisində, Babək prospektində yerləşir. Burada təxminən 38-40 otaq var. Burada da xidmətçilərin azyaşlı qızlar olduğu bildirilir. Ən əsası isə əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərən bu obyekt qəbiristanlğın bir addımlığında yerləşir. Buraya gələnlər isə hər şeyi açıq-aşkar görə bilirlər. Obyekt sahibi heç kimdən çəkinmədiyini bildirir.

"Çinarlı" hoteli.Xacasən yolunun üstündə fəaliyyət göstərir.İllərdir bu yuvada müxtəlif cinayət əməlləri törədilib.Hələ də işləyir.
“Romi” – adlı otel isə Masazır qəsəbəsində yerləşir və bu obyektdə də eyni hallar mövcuddur ki, burada da 50 dən çox otaq var. Müştərilər üçün hər bir şərait yaradılıb. Buaraya gələnlər isə əksər hallarda məmur uşaqları olur.

“Göyçə” - sözügedən bu obyekt Masazır qəsəbəsində yerləşir və 30-a yaxın otaq mövcuddur. Otaqın bir saatı 20-25 manat təşkil edir.

“Baxçasaray” – Mehdiabad qəsəbəsində yerləşir. Bura da otel adı altında əxlaqsızlıq yuvasi təşkil olunur ki bu “otel”də də 20-ə yaxın otaq müştərilərin xidmətinə verilir. Həmçinin ehtiyac olarsa, ofisiantlar müştərilərə qız da gətizdirə bilir.

Xətai rayonunda "Elektrotok"deyilən obyekt.Belə fəaliyyət göstərən obyektlərdən olsa da buranı digər otellərdən “fərqləndirən” əsas və ən acınacaqlı məqam ondan ibarətdir ki,burada ən ucuz otaq və qızlar təklif olunur.(30-40AZN)

"Clear "Hotelli dayanmadan fəaliiyət göstərir ki, bura da Binəqədi polisinin müdaxilə etməsi qeyri-mümkündür.Pandemiyanın bu obyektə heç bir aidiyyatı yoxdur.

“Qazangöl” - Fatmayı kəndi girəcəyində yerləşir. Mənbənin verdiyi məlumata görə, bu obyektə isə rayon polis idarəsinin məmurlarından biri “krişalıq” edir. Hətta bu haqda kənd sakinləri də dəfələrlə şikayət ediblər..
"Vulkan"Hoteli.Çox tanınmış məşhur hoteldir.Dayanmadan,gecə və gündüz fəaliyyət göstərir.Respublika DYP- dən 500 metr Binəədiyə doğru gedəndə yolun solunda yerləşir.

Sonda bir daha bildirək ki, bu məlumatlar etibarlı mənbələrdən verilib. Onu da əlavə edək ki, adını sadaladığımız bu cür otel və restoranların 80 faizi məhz Binəqədi və Abşeron rayonları ərazisində fəaliyyət göstərir. Bu obyektlərin fəaliyyətinə nəzarət edən qurumlar,polis şöbələri dəfələrlə həbslər və cərimələr tətbiq etsə də,müəyyən müddətdən sonra onların fəaliyyəti davam edir.

Onu da qeyd edək ki, mənbə bu obyektlərə himayədarlıq edən məmurlardan bir neçəsinin adını bizə bildirib. Həmin mövzuda araşdırmalarımız davam edir. Yaxın günlərdə həmin məmurların adlarını açıqlayacağıq.

P.S. İnanırıq ki, bu yazılara hüquq-mühafizə orqanları münasibət bildirməklə yanaşı, sözügedən və əxlaqsızlıq yuvaları kimi hallandırılan obyektlərin fəaliyyətləri barədə qanuni ölçü götürəcəklər.
Adı çəkilən hotel rəhbərlərinin mövzuya münasibətini dırc etməyə hazırıq.

Paylaş
Xəbər lentİ