Tikinti sektorunu ağlar günə qoyan Ağalar... - İTTİHAM

Oxunma sayı: 446
9-09-2020, 04:06

Tikinti sektorunu ağlar günə qoyan Ağalar... - İTTİHAM
Qısa məlumat üçün qeyd edək ki, 1998-ci ilədək Azərbaycanın bütün rayonlarında tikinti işləri aparan “Azəraqrartikinti” adlı Dövlət Şirkəti olub. Şirkətin prezidenti isə Ağalar Vəliyev.

Təsəvvür edirsiniz ölkənin hər rayonunda bu şirkətin filialları, işçiləri, avadanlıqları və dahada nələr.
Bir daha qeyd edirik ki, bu kiminsə dədəsinin firması, şirkəti-zadı deyil, məhz dövlətin şirkəti olub.
Və 1998-ci ildə ozamankı baş nazirin müavini, jurnalistlərə “ Alabala..” deyən Abid Şərifovun təklifi ilə Dövlət Şirkəti Səhmdar Cəmiyyətinə çevrildi və...o boyda əmlak Ağalar Vəliyevə hədiyyə edildi.
Ağalar Vəliyev isə oğlu Pərviz Vəliyevin adına “PZ Servis”MMC, qardaşı oğlu Ramin Vəliyevin adına “Azital İnşaat” MMC açaraq dövlət şirkətinin əmlakını tədricən qohum əqrəbasının adına keçirdi.
GundemXeber.Az gundelik-baku.com-a istinadla bildirir ki, bu gün İstanbulun mərkəzində , Sultanəhməd məscidi yaxınlığında yerləşən Aybar oteli 2015-ci ildə istifadəyə verilib. Dördmərtəbəli dördulduzlu otelin sahibi Milli Məclisin deputatı, Ağalar Vəliyevin oğlu Pərviz Vəliyevə məxsusdur.
Pərviz Vəliyevin hazırda Azərbaycanda plastik pəncərələr istehsal edən fabriki, betonzavodu və “MƏLƏK” ailə-uşaq əyləncə mərkəzi də var.
Görəsən bu cavan oğlan bu boyda sərvəti, pulu haradan əldə edib ?
Hələ Ukraynadakı böyük biznes şəbəkəsindən danışmırıq?
“Kristal Abşeron” tikinti şirkəti də Ağalar Vəliyevə məxsusdur.
Bu adam uzun müddət dövlət şirkətinin prezidenti və Milli Məclisin deputatı olub. Axı, dövlət məmurunun və deputatın biznes fəaliyyəti ilə məşğul olması qanunla qadağandır.
Bəs onda Ağalar Vəliyev bu boyda biznes imperatorluğuna necə sahib olub ?
Bəli, ölkəni ağlar günə qoyan ağalar kimilərin işini dövlət qurumları yenidən və diqqətlə araşdırmalıdır.

Paylaş
Xəbər lentİ