Jurnalistika üzrə qabiliyyət imtahanının nəticələri bu gün açıqlanacaq

Oxunma sayı: 342
14-09-2020, 13:25

Jurnalistika üzrə qabiliyyət imtahanının nəticələri bu gün açıqlanacaq
Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanının nəticələrinin bu gün açıqlanacağı gözlənilir.

Trend-in məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, imtahanda iştirak edən 900 nəfərdən 648-i məqbul qiymət alıb: “Yəqin ki, imtahan nəticələri ilə bağlı 1 gün ərzində Appelyasiya Komissiyası da fəaliyyət göstərəcək".

Paylaş
Xəbər lentİ